İlham Əliyev Misir-Azərbaycan əlaqələrindən DANIŞDI: "Əməkdaşlıq üçün gözəl imkanlar var"

  • 14:25 - 28 Yanvar

"Səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Misir-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm addım olacaqdır. Biz indicə təkbətək görüşümüzdə bir çox məsələləri müzakirə etdik. Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bizim fikir ayrılığımız yoxdur".

Avropa.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də Bakıda Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, bir çox sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var: "Əminəm, əldə olunmuş razılaşmaları biz səfərdən sonra icra edəcəyik. Dünən Azərbaycan iş adamları ilə Prezidentin görüşü olub. Məndə olan məlumata görə, görüşün çox gözəl nəticələri olub. Əlbəttə ki, biznes dairələrinin birgə fəaliyyəti bizim əlaqələrimizi daha da gücləndirəcək. Biz gələcək əməkdaşlıq sahələri də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq.

Əlbəttə ki, siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmadı. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik. Əminəm ki, Prezident Sisinin Azərbaycana səfəri ölkələrimizin gələcək uğurla inkişafına çox böyük töhfə verəcək".


Oxunma sayı: 925

Oxşar yazılar