Türk Dövlətləri Təşkilatının baş katibi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu QINADI

  • 21:22 - 27 Yanvar

Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omurəliyev Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb. 

Avropa.info-nun məlumatına görə, təşkilatın açıqlamasında bildirilib ki, Omurəliyev Azərbaycanın İslam Respublikasındakı səfirliyinə hücumu qətiyyətlə qınayıb. 

“Biz İran hakimiyyətini hücumla bağlı hərtərəfli araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. Ölən təhlükəsizlik zabitinin ailəsinə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Azərbaycan Prezidenti İlham Əliyev Tehrandakı səfirliyə hücumu terror aktı adlandırıb və bütün əli olanların tez bir zamanda məsuliyyətə cəlb olunmasını tələb edib.


Oxunma sayı: 2608

Oxşar yazılar