Ərdoğandakı İrandakı hücumla bağlı AÇIQLAMA: "Türkiyə can dostu dostu və qardaşı Azərbaycanın yanındadır" - FOTO

  • 17:14 - 27 Yanvar

Azərbaycanın Tehrandakı səfirliyinə edilən, mühafizə xidmətinin rəisinin şəhid olduğu mənfur hücumu şiddətlə qınayıram.

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi "Tvitter" səhifəsində yazıb.

Ərdoğan “Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır”, mesajını verib. 

Ərdoğanın açıqlamasını təqdim edirik: 

"Azərbaycanın Tehrandakı səfirliyinə edilən, mühafizə xidmətinin rəisinin şəhid olduğu mənfur hücumu şiddətlə qınayıram. Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılarımıza şəfa diləyirəm. Türkiyə can dostu dostu və qardaşı Azərbaycanın yanındadır".

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.


Oxunma sayı: 3466

Oxşar yazılar