Azərbaycan səfirliyinə hücumla bağlı İran XİN ilk AÇIQLAMA verdi - Terror aktını ailə probleminə bağlamağa cəhd etdı

  • 14:00 - 27 Yanvar

Tehran Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyir. 

Avropa.info İRNA agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib. 

Azərbaycan hökumətinə və xalqına, faciə qurbanlarının ailələrinə başsağlığı verdiyini bildirən Nasir Kənani hücum edənin dərhal həbs olunduğunu və istintaqın davam etdiyini qeyd edib. 

O, əlavə edib ki, siyasi və təhlükəsizlik orqanlarının göstərişi əsasında bu hərəkətin ölçüsünü və silahlı hücum edənin motivini müəyyən etmək üçün iş yüksək prioritet və həssaslıqla araşdırılır. 

Kənani əlavə edib ki, ilkin təhqiqatda təcavüzkar hücuma motivasiyasının şəxsi və ailə problemləri olduğunu bildirib. 

Hücuma gəlincə, Tehranın cinayət prokuroru səlahiyyətlərini icra edən Məhəmməd Şəhriari silahlı şəxsin şəxsi motivasiya ilə Azərbaycanın Tehrandakı səfirliyinə hücum etdiyini deyib. 

Məhəmməd Şəhriari vurğulayıb ki, cümə günü İranın yerli vaxtı ilə saat 08:00-da bir nəfər Azərbaycan səfirliyinə odlu silahla hücum edib, bir nəfəri öldürüb, iki nəfəri yaralayıb. 


Oxunma sayı: 2036

Oxşar yazılar