Mətbuat Şurası səfirliyə hücumu pislədi

  • 12:30 - 27 Yanvar

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.

Avropa.info xəbər verir ki, Mətbuat Şurasının üzvləri xain hücumu qətiyyətlə pisləyiblər:

“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin əməkdaşının qətlə yetirilməsi bizi sarsıtdı. Bu xain hücumu qətiyyətlə pisləyir, mərhumun doğmalarına və yaxınlarına başsağlığı verir, hadisə zamanı yaralanmış digər şəxslərin tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti”


Oxunma sayı: 3103

Oxşar yazılar