İran polisindən səfirliyimizə hücumla bağlı ilk AÇIQLAMA: Cinayətkar iki uşağı ilə birlikdə səfirliyə daxil olub - VİDEO

  • 11:58 - 27 Yanvar

Yanvarın 27-də səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin atəş açması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. 

Avropa.info xəbər verir ki, “Tasnim” agentliyinə danışan Tehran polisinin rəisi general Hüseyn Rəhimi bildirib ki, bu səhər Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxs həbs edilib. 

Həbs edilən şəxs cümə günü səhər saatlarında odlu silahla səfirlik binasına daxil olub və hadisə yerinə atəş açıb, komandir bildirib ki, insident nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. 

Rəhimi bildirib ki, hücum edən şəxs iki uşağı ilə birlikdə səfirliyə daxil olub. 

Polis rəisi əlavə edib ki, ilkin sorğu-sual zamanı hücum edən şəxs atışmanın motivi kimi “şəxsi və ailə problemlərini” göstərib.


Oxunma sayı: 3158

Oxşar yazılar