Türkiyənin daha bir vasitəçilik missiyası: Rusiya və Ukrayna Ombudsmanları bu məsələdə RAZILIĞA GƏLDİ

  • 09:50 - 27 Yanvar

Rusiya Federasiyasındakı İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets videokonfrans vasitəsilə növbəti görüş zamanı vətənə qaytarılmalı olan ağır yaralıların siyahılarının mübadiləsinə yardım etmək barədə razılığa gəliblər. 

Avropa.info bildirir ki, bu barədə Rusiya Ombudsmanının "Telegram" kanalında məlumat verilib. 

Rusiya Ombudsmanı qeyd edib ki, digər görüş isə Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets ilə bu dəfə Türkiyənin Baş Ombudsmanı Şeref Malkoçun iştirakı ilə keçirilib. 

“Bizim qarşılıqlı fəaliyyətimiz artıq ailələrin birləşməsi, hər tərəfdən itkin düşmüş şəxslərin müəyyən edilməsi, əsirlərin mübadiləsinə yardım etmək və saxlanılan mülki şəxslərin evlərinə qarşılıqlı qayıtması ilə bağlı bir sıra məsələləri həll etməyə imkan verib”, - Moskalkova bildirib. 

Onun sözlərinə görə, görüş zamanı tərəflər “vətəninə qaytarılmalı olan ağır yaralıların siyahılarının mübadiləsinə kömək etmək, deportasiyaya məruz qalan vətəndaşların geri qaytarılmasında səlahiyyətli orqanlara köməklik göstərmək barədə razılığa gəliblər”. 

Moskalkova qeyd edib ki, təcrübə “belə vəziyyətlərdə” ombudsmanların artan rolunu göstərir. 

"Biz çətin həyat vəziyyətində olan insanlara kömək etmək üçün əlimizdən gələni etməyə çalışırıq", - Ombudsman əlavə edib.


Oxunma sayı: 2443

Oxşar yazılar