Rusiyadan üstüörtülü TƏHDİD: "Müharibədə birbaşa iştirak edirlər"

  • 09:44 - 27 Yanvar

Rusiya Almaniya və ABŞ Ukraynaya döyüş tankları və ağır silahların göndərilməsi qərarını “müharibədə birbaşa iştirak” kimi qiymətləndirir. 

Avropa.info xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov ABŞ və bəzi Avropa ölkələrinin Ukraynaya tank və silah göndərilməsinin münaqişəyə qarışma demək olmadığına dair şərhlərlə razı olmadıqlarını bildirib. 

ABŞ və Almaniya başda olmaqla bəzi Qərb ölkələrinin Ukraynaya tank göndərmə qərarını dəyərləndirən Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada, “Avropa paytaxtlarından və Vaşinqtondan Ukraynaya müxtəlif silah sistemlərinin, o cümlədən tankların göndərilməsidir. Heç bir halda bu ölkələrin və ya alyansın məsuliyyəti yoxdur. Dəfələrlə bəyanatlar verilib ki, bu, (NATO) Ukraynadakı münaqişədə iştirak etməsi demək deyil. Biz bununla qəti şəkildə razılaşmırıq”, deyib. 

Sözügedən yükün birbaşa olaraq münaqişəyə qarışmaq demək olduğunu vurğulayan Peskov, "Alyansın (NATO) və sözügedən ölkələrin etdiyi hər şeyi birbaşa münaqişəyə cəlb etmək kimi qiymətləndiririk. Bunun da artdığını görürük" deyib.  

Dünən verdiyi açıqlamada "Abrams" tanklarının təsirinin böyüdülməməsi lazım olduğunu bildirən Peskov, "Bu tanklar da digərləri kimi yanacaq. Lakin onlar çox bahadır və xərci ilk növbədə Avropa vergi ödəyiciləri ödəyəcək" deyib.

Rusiyanın Almaniyadakı səfirliyi Berlinin Ukraynaya dəstək üçün 14 "Leopard" tankı göndərməsi ilə bağlı nasist dövrünə də işarə edib. 

Səfirlikdən verilən açıqlamada bu qərarın Almaniyanın İkinci Dünya Müharibəsində nasist cinayətlərindən irəli gələn “Rusiya qarşısındakı tarixi məsuliyyətindən” imtina etməsi mənasına gəldiyi bildirilib və bu qərarın “münaqişəni yeni mərhələyə daşıyacağı” vurğulanıb.  

Rusiyanın BMT-dəki Daimi Nümayəndəsinin müavini Dmitri Polyanski dünən TASS-a verdiyi açıqlamada ölkəsinə qarşı hibrid müharibə aparıldığını bildirib. 

Digər tərəfdən, Rusiya mətbuatında Abrams tanklarının bir çox zəif cəhətləri ilə bağlı xəbərlər və şərhlər tez-tez yer almağa başlayıb. 

Rusiyanın TASS xəbər agentliyi üçün "Abrams" tanklarını qiymətləndirən ekspert bu tankların sovet istehsalı olan tanklardan da zəif olduğunu iddia edib. Ehtiyatda olan polkovnik Sergey Suvorov bildirib ki, "M1 Abrams" tankları yolsuzluq şəraitində çətin təmir olunur və Ukraynadakı kimi tozlu ərazilərdə işləmək üçün uyğun deyil. 

Almaniya kansleri Olaf Şolts ölkəsinin Ukraynaya hərbi dəstəyini daha da gücləndirəcəyini və "Leopard "2 əsas döyüş tanklarını tədarük etmək qərarına gəldiklərini açıqlamasından sonra ABŞ prezidenti Co Bayden 31 "Abrams" tankının Ukraynaya çatdırılacağını açıqlayıb. 

Bəzi Avropa ölkələri də “Leopard 2” tanklarını Ukraynaya göndərməyə hazır olduqlarını bəyan ediblər.


Oxunma sayı: 2278

Oxşar yazılar