Bill Qeytsdən Ukraynaya ağır İTTİHAMLAR: Unun açıqlamalarına Qərb mətbuatı senzura tətbiq etdi

  • 09:39 - 27 Yanvar

Amerikalı multimilyarder Bill Qeyts Ukraynanın dünyanın ən pis və korrupsiyalaşmış dövlətlərindən biri olduğunu və bir ovuc zəngin adamın nəzarətində olduğunu iddia edib. Qeyts 2030-cu il üçün qorxulu ssenarini də açıqlayıb. 

Avropa.info xəbər verir ki, son zamanlar COVID-19 pandemiyası ilə bağlı maraqlı açıqlamalar verən Microsoft-un qurucusu Bill Qeyts ABŞ-ın “Lowy Institute” beyin mərkəzinin təşkil etdiyi tədbirdə qəribə ifadələr işlədib. 

Qeyts qeyd edib ki, “Ukrayna dövləti dünyanın ən pis dövlətlərindən biridir, korrupsiyaya uğrayıb və bir neçə varlı adam tərəfindən idarə olunur”. 

“Demək istədiyim odur ki, bu, Ukrayna xalqı üçün həqiqətən də təəssüf doğurur”, - Qeyts əlavə edib. 

Qeyts bu məqsədlərə çatmağın Ukrayna müharibəsi səbəbindən mümkün olmadığı fikrinı müdafiə edib: 

"Müharibə geri qayıtmaq üçün resursları israf edənlərin siyahısında birinci yerdədir. Müharibəni nə qədər tez bitirsək, bir o qədər yaxşıdır. BMT 2030-cu il üçün inkişaf hədəflərini müəyyənləşdirib. Davamlı inkişaf adlı hədəflərə çatmayacağıq". 

Müharibə səbəbiylə böyük problemlərin unudulduğunu bildirən Qeyts çıxışını belə davam etdirib: 

"Ukraynada müharibə bitəcək. Mən orada israf edilən resursları başa düşürəm, bu, dəhşətli faciədir. Bu faciə inkişaf etməkdə olan ölkələrə, ərzaq və gübrə qiymətlərinə çox böyük təsir göstərir". 

Amerikalı milyarder Qeyts Ukrayna ilə bağlı qalmaqallı açıqlamalar verərkən, onun açıqlamaları Qərb mətbuatı tərəfindən senzuraya məruz qalıb. 

Ukraynada dövlət məmurlarının korrupsiyada əli olduğu üzə çıxdıqdan sonra əvvəllər də bir sıra vəzifədən azad edilmələr olub. 

Korrupsiyaya yol verilməyəcəyini bildirən Zelenski ölkənin xroniki problemi olan korrupsiyanın kökünün kəsilməsi üçün mühüm qərarların qəbul ediləcəyini vəd edib. “Mən istəyirəm ki, aydın olsun: dövlət qurumlarına yaxın olan müxtəlif insanların və ya bütün ömrünü keçmişdə olduğu kimi kreslo arxasınca keçirənlərin həyat tərzinə geri dönüş olmayacaq”, - deyə Zelenski bildirib. 

Ölkədə korrupsiya araşdırmaları çərçivəsində 5 rayon qubernatoru vəzifəsindən azad edilib, müdafiə nazirinin müavini də daxil olmaqla adlar istefa verib.


Oxunma sayı: 1750

Oxşar yazılar