Mardin hava limanına Əziz Sancarın adı verildi

  • 09:23 - 27 Yanvar

Türkiyənin Mardin hava limanının adı Nobel mükafatı laureatı, professor Əziz Sancarın şərəfinə dəyişdirilib. 

Avropa.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı müvafiq qərar Türkiyənin rəsmi qəzetində dərc olunub və yanvarın 26-da qüvvəyə minib. 

Dünya şöhrətli türk alimi, Nobel mükafatı laureatı, professor Əziz Sancar ABŞ-da yaşayır. 

2015-ci ildə o, kimya üzrə Nobel mükafatını Tomas Lindahl və Paul Modriclə birlikdə "DNT təmiri mexanizmləri ilə bağlı araşdırmalarına görə" bölüşüb. 

Sancar Nobel mükafatı alan ilk türk alimidir.


Oxunma sayı: 1981

Oxşar yazılar