
ABŞ-dan İŞİD-ə qarşı ƏMƏLİYYAT: Terror təşkilatının başçılarından biri və 10 üzvü öldürüldü
- 09:17 - 27 Yanvar
ABŞ hərbçilərinin Somalidə keçirdiyi əməliyyat zamanı İŞİD liderlərindən Bilal əl-Sudani və terror təşkilatının 10 üzvü öldürülüb.
Avropa.info xəbər verir ki, bu barədə anonimlik şərti ilə ABŞ administrasiyasının iki yüksək vəzifəli məmuru məlumat verib.
Əl-Sudani qrupun maliyyə və maddi-texniki dəstəyinə cavabdeh olduğu bildirilir.
Rəsmilər bildiriblər ki, terrorçu ötən gecə Somalinin şimalındakı "dağ mağara kompleksi"nə basqın zamanı öldürülüb.
Bilal əl-Sudani 2012-ci ildən ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısındadır.
Mövcud məlumata görə, o, “Əş-Şəbab” terror təşkilatının təlim düşərgələrində əcnəbi döyüşçülərin təlimini təşkil edib və bu qruplaşmanın maliyyələşdirilməsində iştirak edib.