Türkmənsitanda seçki təqvimi BƏLLİ OLDU

  • 16:25 - 27 Yanvar

Türkmənistanda Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlik üçün ərizələrin fevralın 24-dək verilə biləcəyini açıqlayıb. 

Avropa.info bildirir ki, Türkmənistan Mərkəzi Seçki Komissiyasından verilən açıqlamaya görə, deputatlığa namizədlik üçün müraciətlər fevralın 24-dək verilə bilər. Türkmənistanın Seçki Qanununa əsasən, namizəd irəli sürmək hüququ siyasi partiyalara, eləcə də seçkinin təyin olunmuş gününə qədər qeydə alınmış vətəndaş təşəbbüs qruplarına məxsus olacaq. 

Konstitusiyaya görə, 5 ildən bir keçirilən parlament seçkiləri martın 26-da keçiriləcək. Müvafiq qanunun 44-cü maddəsinə əsasən, deputatlığa namizədlik prosesi seçkiyə 60 gün qalmış başlayır və seçkiyə 30 gün qalmış başa çatır.


Oxunma sayı: 2399

Oxşar yazılar