Ruslar sanksiyalardan necə yayınır... - ARAŞDIRMA

  • 21:37 - 26 Yanvar

Müharibə, sanksiyalar və Qərb şirkətlərinin ölkədən getməsi faktiki olaraq Rusiyada və qonşu ölkələrdə yeni "xidmətlərin" yaranmasına səbəb olub. Bəzi şəxslər ölkəyə ən son "iPhone" modellərini, avtomobillər üçün ehtiyat hissələri və yağları gətirir.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, BBC Qazaxıstanın timsalında bu sistemin necə işlədiyini araşdırıb.

"2022-ci ilin birinci yarısında Qazaxıstan Rusiyaya smartfon ixracını iki min dəfədən çox - 560-dan 183,6 min ədədə qədər artırıb. İndi Qazaxıstanın elektronika bazarında kiçik bir mağaza da Rusiyaya 300-400 telefon göndərə bilir və bunların sayı ölkədə minlərlədir. Ruslar tez-tez iPhone və digər smartfonlar üçün Qazaxıstan bazarlarına şəxsən gəlirlər. Ancaq bəzən onlar onlayn sifarişi üstün tuturlar", - deyə nəşr yazıb.

"İş adamları düşünür ki, Qazaxıstan kiçik biznesi bu xidmət üçün daha çox şanslıdır. Oradan gələn telefonlar Rusiyanın şərq hissəsindəki şəhərlərdə satılır. Ancaq Moskvadakı böyük satış şəbəkələrində telefonlar daha böyük bazarı olan ölkələrdən - məsələn, Birləşmiş Ərəb Əmirliklərindən gətirilir", - məqalədə deyilir.

"Qazaxıstanda bir çox satıcı anonim qalmaq şərti ilə təkcə qanuni paralel idxaldan deyil, həm də qaçaqmalçılıqdan danışır. Konfidensial söhbətlərə əsasən, mallar əvvəlcə Qazaxıstana, sonra isə Rusiyaya çatdırılmalıdır. Bu mallar Qazaxıstana "boz şəkildə" gətirilir - vergi və rüsumlar tam ödənilmir", - BBC-nin araşdırmasında bildirilib.

"Rusiyaya təkcə smartfonlar deyil, avtomobillər də gətirilir. Qazaxıstanda artıq maşın almaq xeyli çətinləşib. Çünki ruslar demək olar ki, mümkün olan hər şeyi alıb aparır. Ruslara avtomobil satmaq biznesi vasitəçilər zəncirinə çevrilib. Qazaxıstanda yalnız yerli sakin yeni avtomobil ala bilər və bunu ruslar üçün cüzi bir ödəniş qarşılığında edirlər. Çox vaxt maşınlar Qazaxıstanın özündə alınmır, bura BƏƏ-dən sanksiyalar altında yaşayan İran vasitəsilə gətirilir", - deyə məlumatda qeyd olunub.

 


Oxunma sayı: 18437

Oxşar yazılar