Dövlət Gömrük Komitəsindəki əməliyyatın səbəbi bilindi - YENİLƏNİB

  • 11:10 - 26 Yanvar

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirdiyi əməliyyatın ilkin səbəbi məlum olub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, ötən gündən başlayan əməliyyat tədbirləri çərçivəsində saxlanılanlar ölkəyə gətirilən istehsal ili yeni olan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində nöqsanlara yol verməkdə ittiham edilirlər.

İlkin məlumata görə, saxlanılanlar ölkəyə gətirilən istehsal ili 2019-cu və daha təzə olan avtomobilləri əzik, zədəli nəqliyyat vasitəsi kimi qeydiyyata alaraq rəsmiləşdirmə haqqını azaltmaq və digər nöqsanlarda şübhəli bilinirlər.

Əməliyyat zamanı avtomobilin rəsmiləşdirməsi zamanı saxtalaşdırma ilə bağlı təxminən 30-a yaxın qanunsuz sənəd aşkarlanıb.

***10.32

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

Avropa.info xəbər verir ki, hazırda əməliyyat tədbirləri davam edir:

"Fakt Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilərək bildirilir ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir".


Oxunma sayı: 1981

Oxşar yazılar