Almaniyanın əhalisi REKORD həddə çatdı

  • 16:59 - 26 Yanvar

2022-ci ilin sonunda Almaniyada yaşayan əhalinin sayı 84,3 milyona çatıb. 

Avropa.info xəbər verir ki, bu rəqəm ölkənin Federal Statistika İdarəsinin ilkin məlumatlarına görə rekord göstəricidir. 

Əhalinin sayı 2021-ci ilin sonu ilə müqayisədə 1,1 milyon nəfər artıb. 

Almaniyanın birləşməsindən sonra əhalinin sayının ən yüksək səviyyəyə qalxmasının səbəbi immiqrasiya idi. Federal Statistika İdarəsi bildirib ki, keçən il rekord xalis immiqrasiya (ölkəyə gələnlərlə ölkəni tərk edənlər arasındakı fərq) qeydə alınıb.


Oxunma sayı: 2696

Oxşar yazılar