Avropa ölkəsində kilsəyə hücum: 1 keşiş öldürüldü

  • 15:29 - 26 Yanvar

İspan mətbuatında verilən məlumata görə, Algecirasda iki kilsəyə basqın edən şəxsin bir keşişi öldürdüyü, ən azı 4 nəfəri yaraladığı qeyd edilib. 

Avropa.info xəbər verir ki, məlumata görə, Algecirasın mərkəzindəki ən böyük kilsə olan Nuestra Senora de la Palmanın keşişi Dieqo Valensiya hücumdan dərhal sonra dünyasını dəyişib. 

Bildirilib ki, San İsidro məhəlləsində gəzən və başqa kilsəyə hücum edən şəxs keşişi və daha 3 nəfəri yaralayıb. 

Yaralıların həyati təhlükəsinin olmadığı qeyd olunub. İspaniyanın dövlət televiziyası RTVE hücumçunun 25 yaşlı Mərakeş əsilli kişi olduğunu və mühafizəçilər tərəfindən tutulduğunu açıqlayıb. 

Şahidlərin dediyinə görə, hücum edən şəxs mübahisədən sonra keşişi öldürüb. Bildirilib ki, hadisə ilə bağlı araşdırmaya başlayan prokurorluq terror aktı ehtimalını diqqət mərkəzində saxlayıb.


Oxunma sayı: 606

Oxşar yazılar