Fransa bir ay ərzində qoşunlarını bu ölkədən ÇIXARACAQ

  • 14:30 - 26 Yanvar

Fransa Burkina Faso hökumətindən 2018-ci il müdafiə sazişinin denonsasiyasını aldığını və razılaşdırılmış bir ay ərzində əsgərlərini ölkədən çıxaracağını bildirib. 

Avropa.info xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. 

"Biz Burkina-Faso hakimiyyətindən bu ölkədə olan Fransa qüvvələrinin statusu ilə bağlı 2018-ci il sazişinin denonsasiyasını rəsmi olaraq aldıq", - məlumatda qeyd olunub. 

“Müqavilənin şərtlərinə əsasən, denonsasiya yazılı bildiriş alındıqdan bir ay sonra qüvvəyə minir. Biz bu tələbə cavab olaraq bu müqavilənin şərtlərinə əməl edəcəyik”, - deyə məlumatda bildirilir. 

Burkina Faso hökuməti bazar ertəsi günü ölkənin paytaxtı Uaqaduqu yaxınlığındakı düşərgədə 400-ə yaxın xüsusi təyinatlı hərbçi yerləşdirən Fransa ilə hərbi razılaşmanı ləğv etmək qərarını açıqlayıb.


Oxunma sayı: 518

Oxşar yazılar