Almaniyada qatarda silahlı hücum: 2 nəfər öldü, 5 nəfər yaralandı

  • 12:25 - 26 Yanvar

Almaniyanın Kiel şəhərindən Hamburqa gedən sərnişin qatarında bıçaqlı hücum olub. 

Avropa.info xəbər verir ki, Şlezviq-Holşteyn əyalətinin daxili işlər naziri Sabine Sütterlin-Vak Hamburq yaxınlığındakı Brokstedt stansiyasına yaxınlaşan qatarda həyata keçirilən bıçaqlı hücumda 2 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını açıqlayıb. 

Polis sözçüsü bir şübhəlinin hücumu törətdiyi səbəbiylə saxlanıldığını bildirib. Hadisənin baş verdiyi RE7 nömrəli qatar reysi ləğv edilib, hadisə yeri polis tərəfindən mühasirəyə alınıb. Hücumun səbəbi hələ məlum olmasa da, hadisə yerinə çoxlu sayda təcili yardım maşını və təcili yardım helikopteri göndərilib.


Oxunma sayı: 595

Oxşar yazılar