Avropanın bu ölkəsində uşaq istismarına görə cəzalar artırıldı

  • 11:43 - 26 Yanvar

Avstriyada tanınmış bir aktyorun evində çoxlu uşaqlara qarşı zorakılığın əks olunduğu görüntülərdən sonra hökumət cəzaları, eləcə də tədbirləri artırmaq qərarına gəlib. 

Avropa.info xəbər verir ki, ədliyyə, səhiyyə və ailə nazirlərinin təşkil etdiyi birgə mətbuat konfransında uşaq və gənclərin müdafiəsi, cinayət törədənlərin daha ağır cəzalandırılması üçün hazırlanan qanun layihəsi ictimaiyyətlə paylaşılıb. 

Ailə, inteqrasiya və qadın problemləri naziri Susanne Raab son vaxtlar uşaq istismarı ilə bağlı çoxlu hadisələrin baş verdiyini bildirərək, bu sahədə texniki və hüquqi infrastrukturu bir-biri ilə uyğunlaşdıraraq inkişaf etdirdiklərini söyləyib. "Biz uşaqları daha yaxşı qorumaq, cinayətkarı daha çox cəzalandırmaq və qurbana daha yaxşı kömək etmək istəyirik", - deyə o bildirib. 

Ədliyyə naziri Alma Zadiç də idman klublarında, dərnəklərdə və buna bənzər qurumlarda, eləcə də məktəblərdə uşaq müdafiəsi konsepsiyasının yaradılacağını və ailələrin uşaqlarını təhlükəsiz şəkildə oraya göndərə bilməsi üçün bu qurumlara bu konsepsiya ilə bağlı sənəd veriləcəyini bildirib. 

Yeni nizamnaməyə görə, 14 yaşından kiçik uşaqlara qarşı təhqiramiz şəkillər və bənzər elementlər olan şəxslər 3 ilə qədər həbs cəzası ala bilərlər. Təhqir xarakterli görüntülər hazırlayan və yayan şəxslər 5 il, birdən çox fərqli məzmun hazırlayanlar isə 10 ilə qədər həbs cəzası alacaqlar. Bildirilir ki, 14 yaşdan yuxarı uşaqlara yönəlmiş təhqiramiz şəkillərin saxlanması 3 ilədək, zorakılıqdan əlavə zorakılıq və buna bənzər elementlərin də yer aldığı məzmuna sahib olmanın isə 10 ilə qədər cəzalandırıla bilər. 

Avstriyada tanınmış teatr aktyorunun evində 58 min uşaq istismarı görüntüsü aşkarlanıb və ölkədə uşaq istismarına görə cəzaların aşağı səviyyədə olması müzakirə mövzusuna çevrilib.


Oxunma sayı: 595

Oxşar yazılar