NATO: ABŞ tankları İngiltərə və Almaniyanın tankları ilə birlikdə fərq yarada bilər

  • 11:07 - 26 Yanvar

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, ABŞ-ın Ukraynaya verəcəyi tanklar İngiltərə və Almaniyanın göndərəcəyi tanklarla Rusiyaya qarşı ciddi fərq yarada bilər. 

Avropa.info bildirir ki, Stoltenberq ABŞ-ın Ukraynaya "Abrams" tankları tədarük etmək qərarı ilə bağlı sosial mediada açıqlama verib. 

ABŞ prezidenti Co Bayden və administrasiyanın "Abrams" tankları ilə bağlı qərarından məmnun olduğunu bildirən Stoltenberq NATO müttəfiqlərinin Ukraynanın özünümüdafiəsinə dəstəkdə yekdil olduğunu qeyd edib. 

“Britaniyanın “Challenger” və Almaniyanın “Leopard 2” gəmiləri ilə birlikdə bunlar Rusiyaya qarşı müharibədə ciddi dəyişiklik yarada bilər”, – Stoltenberq bildirib. ABŞ-ın yüksək səviyyəli rəsmiləri Ukraynaya 31 M1 "Abrams" tankı və 8 M88 tank bərpa maşınının tədarük ediləcəyini açıqlayıb. Almaniya hökuməti həmçinin gün ərzində Ukraynaya 14 "Leopard" 2 A6 tankından ibarət eskadrilya verəcəklərini açıqlayıb.


Oxunma sayı: 595

Oxşar yazılar