Bayden ELAN ETDİ: ABŞ Ukraynaya 31 ədəd "Abrams" tankı göndərəcək - FOTO

  • 10:41 - 26 Yanvar

Rusiyanın ötən il fevralın 24-də Ukraynaya təcavüzü üçün başladığı müharibə silahlanma yarışı ilə davam edir. 

Avropa.info xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ukraynaya 31 M1 "Abrams" tankı və 8 M88 tank bərpa maşını verəcəklərini açıqlayıb. 

ABŞ prezidenti Co Bayden Rusiya-Ukrayna müharibəsinin ədalətli və qalıcı bir sonlanmasını istədiklərini ifadə edərək, "Putin əvvəldən yanıldı və səhv etməyə davam edir" deyib. 

ABŞ prezidenti Bayden “Abrams”ın “dünyanın ən bacarıqlı tankları” olduğunu və 31 "Abrams" tankının Ukraynanın strateji məqsədlərinə çatmaq üçün potensialını artıracağını bəyan edib. 

Vaşinqton administrasiyasının bu addımı Almaniyanın ABŞ-dan əvvəl Ukraynaya tank tədarük etmək istəməməsindən və digər dövlətlər tərəfindən Ukrayna ordusuna Almaniya istehsalı olan tankların tədarükünü hələ də təsdiqləməməsindən sonra atılıb. 

Gün ərzində mətbuata açıqlama verən ABŞ rəsmiləri Vaşinqtonun Almaniya ilə diplomatik razılaşma çərçivəsində Ukraynaya tank tədarük etməyə meylli olduğunu bildiriblər. 

Müvafiq olaraq, Almaniyanın Ukrayna və Polşaya öz inventarından "Leopard" tankları verməsi və digər dövlətlərin özlərində olan alman istehsalı olan tankları Ukraynaya təklif etməsinə razılıq verməsi müqabilində ABŞ Ukraynaya M1 "Abrams" tankları tədarük edəcək. 

Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-ın Ukraynaya göndərməyi planlaşdırdığı “Abrams” tanklarının təsirinin artırılmaması lazım olduğunu bildirib. “Bu tanklar da digərləri kimi yanacaq. Lakin onlar çox bahadır və qiyməti ilk növbədə Avropa vergi ödəyiciləri ödəyəcək”, - deyə o vurğulayıb. 

Almaniyanın baş naziri Olaf Şolts “Leopard 2” tanklarının Ukraynaya göndərilməsinə icazə verib. Birinci mərhələdə Ukraynaya 14 "Leopard 2" tankı göndəriləcək. Almaniya hökuməti bu tankları olan digər ölkələrin də Ukraynaya göndərilməsinə icazə verəcək.


Oxunma sayı: 584

Oxşar yazılar