Finlandiya Türkiyəyə silah embarqosunu ləğv etdi - Müdafiə naziri AÇIQLADI - FOTO

  • 10:02 - 26 Yanvar

Finlandiya Müdafiə Nazirliyi 2019-cu ildən qüvvədə olan “Hərbi texnikanın Türkiyəyə ixracına qoyulan embarqonun” ləğv edildiyini və satış üçün lisenziyanın verildiyini açıqlayıb. 

Avropa.info xəbər verir ki, Finlandiyanın müdafiə naziri Mikko Savola Suriyada PKK-ya qarşı həyata keçirilən terror əməliyyatına görə 2019-cu ildən Avropa ölkələrinin Türkiyəyə tətbiq etdiyi silah embarqosunu ləğv edərək, Türkiyəyə hərbi ixrac icazəsi verib. 

Finlandiya Müdafiə Nazirliyi Türkiyəyə hərbi texnika üçün ilk ticari ixrac lisenziyasını verdiyini açıqlayıb. Finlandiya Türkiyənin Suriyadakı hərbi əməliyyatına görə 2019-cu ilin oktyabrında ixrac lisenziyasını dayandırıb. 

Xatırladaq ki, keçən il Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü yalnız Türkiyənin müdafiə sektorunda silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldıracağı təqdirdə təsdiqləyəcəyini açıqlamışdı. 

Helsinki administrasiyasının reaksiyası, İsveç və Finlandiyanın NATO-da iştirakı ilə bağlı Türkiyə ilə danışıqlar, Türkiyəyə qarşı etirazlar, o cümlədən Danimarkanın ifrat sağçı partiyasının lideri, çirkin təxribatçı Rasmus Palu tərəfindən Qurani-Kərimin yandırılması da daxil olmaqla, Türkiyə əleyhinə etirazlar fonunda danışıqların bağlandığı bir vaxtda baş verib.


Oxunma sayı: 562

Oxşar yazılar