Müsəlmanlara qarşı çirkin təxribat törədən danimarkalı irqçi Danimarka polisindən nə istədi? - FOTO

  • 09:35 - 26 Yanvar

İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin nüsxəsini yandıran danimarkalı irqçi siyasətçi, müsəlmanlara qarşı çirkin təxribat törədən Rasmus Paludanın paylaşımları Danimarka polisinin müsəlmanlarla İsrail ordusu kimi davranmasını istəyib. 

Avropa.info bildirir ki, Türkiyənin NATO üzvlüyünə təsdiqini gözləyən İsveçdə qalmaqal yaşanıb. İslamın düşməni, danimarkalı siyasətçi Rasmus Paludan polisin mühafizəsi ilə Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında müqəddəs kitabımız Qurani-Kərimi yandırıb. 

İslamın düşməni Paludanın bu alçaq hücumundan sonra Türkiyədən və dünyanın bir çox ölkəsindən reaksiyalar gəlib. Türkiyədə başda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla siyasətçilər və vətəndaşlar Paludanın alçaq hücumuna çox sərt reaksiya veriblər. Bir çox qeyri-hökumət təşkilatı Qurani-Kərimə edilən bu hücuma etiraz olaraq İsveç səfirliyi qarşısında toplaşıb. 

Yanvarın 21-də Qurani-Kərimi yandıraraq çirkin təxribat törədən Rasmus Paludanın İsrail fanatı olduğu üzə çıxıb. Paludanın sosial media hesabında İsrail və Fələstin işğalını tərifləyən paylaşımlar etdiyi müəyyən edilib. "Facebook"da İsrail bayrağı və yəhudi kipası ilə fotolar paylaşan Paludanın Danimarka polisinin müsəlmanlara İsrail ordusu qədər amansız davranmasını istədiyi müəyyən edilib.


Oxunma sayı: 3070

Oxşar yazılar