Putin: Almaniyadakı ABŞ qoşunları hələ də "işğalçıdır"

  • 21:32 - 25 Yanvar

Almaniya ərazisində yerləşən Amerika qoşunları hələ də həm qanuni, həm də formal olaraq “işğalçı”dırlar. 

Avropa.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin M. V. Lomonosov adına Moskva Dövlət Universitetində olarkən tələbələrlə görüşündə deyib. 

Nümunə olaraq Rusiya lideri sovet qoşunlarının könüllü olaraq çıxdığı Avstriyanı göstərib. 

“Rusiya Sovet İttifaqının hüquqi varisi kimi Avstriya Respublikasının konstitusiyasının təminatçısı və Avstriya Respublikasının neytral statusunun təminatçısı kimi çıxış etdi. Və ümumiyyətlə, Avstriyada bir çox sadə vətəndaşlar bunu bilirlər və belə mövqeyə görə Rusiyaya minnətdardırlar”, - Putin bildirib. 

Digər Avropa ölkələri ilə bağlı vəziyyəti izah edən Rusiya lideri bunu “çətin” adlandırıb. 

Eyni zamanda, Rusiya lideri diqqəti “Avropanın ən böyük ölkəsi, iqtisadi nəhəngi – Almaniya Federativ Respublikasına” yönəldib. Onun sözlərinə görə, Sovet İttifaqı "işğalının sonunu qanuni şəkildə rəsmiləşdirib". 

“İkinci Dünya Müharibəsindən sonra Almaniya, bildiyiniz kimi, dörd sektora bölündü - Amerika, Britaniya, Fransa və SSRİ. Beləliklə, Sovet İttifaqı bu işğal statusunun ləğvini rəsmiləşdirdi, lakin ABŞ bunu etmədi. Düzünü desək, rəsmi və qanuni olaraq Amerika işğalçı qüvvələri Federativ Respublikasının ərazisindədir. Və əslində belədir - onların sayı çoxdur”, - Putin bildirib. 

Onun sözlərinə görə, alman siyasətçiləri özləri deyirlər ki, İkinci Dünya Müharibəsindən sonra Almaniya heç vaxt tam mənada suveren dövlət olmayıb. 

Ukraynadakı “xüsusi hərbi əməliyyat”ın məqsədlərindən danışan Rusiya lideri bildirib ki, Rusiya öz tarixi ərazilərində təhlükə yaratmağa imkan verə bilməz.


Oxunma sayı: 1640

Oxşar yazılar