
Türkiyə Milli Təhlükəsizlik Şurasının açıqlaması yayınlandı: Diqqət çəkən NATO vurğusu - İsveç və Finlandiyaya XƏBƏRDARLIQ
- 21:15 - 25 Yanvar
Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni ildə ilk iclası Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.
Avropa.info xəbər verir ki, iclasdan sonra mətbuat üçün açıqlama yayılıb.
Məlumatda qeyd olunur:
"NATO alyansına qoşulmaq istəyən dövlətlər alyansın qanunlarına və ruhuna uyğun hərəkət etməlidirlər.
Türkiyə Milli Təhlükəsizlik Şurası Üçtərəfli Memorandumdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırır.
İsveç və Finlandiya anlaşma memorandumundan irəli gələn öhdəliklərini yerinə yetirmək və terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün konkret addımlar atmalıdır.
Bəyanatda daha sonra deyilir: “Din, vicdan və düşüncə azadlığı kimi dəyərlərə xələl gətirən hərəkətləri təşviq edən və müdafiə edənlər nifrət cinayətlərinə şərikdirlər”.