“Kadırov başıma 500 min dollar mükafat qoyub” - “Turan” batalyonunun komandiri

  • 16:36 - 25 Yanvar

“Turan” batalyonunun komandiri Ukraynaya kömək etdiyinə görə Kadırovun şəxsi düşməninə çevrilib.

Avropa.info konkret.az-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin sıralarında olan “Turan” türk batalyonunun komandiri Almaz Uulu Kudabek bu barədə Radio NV-yə müsahibəsində danışıb. O bildirib ki, Çeçenistan rəhbəri Ramzan Kadırov onun başına 500 min dollar mükafat qoyub.

“Sosial şəbəkələrdə böyük auditoriyam var və mən Ukraynada baş verənlər, rusların burada hansı qeyri-insani işlər gördüyü barədə məlumat paylaşmağa başladım.

İnstaqramda kobud şəkildə Kadırova müraciət etdim, cavab olaraq o, başıma 50 min dollar təyin etdi. Mən “Turan”a rəhbərlik edəndə onun dəyəri 500 min dollara qalxdı… Rusiyada məni faktiki olaraq ölüm cəzası, Qırğızıstanda isə ömürlük həbs gözləyir”, – komandir deyib.

O, xüsusi xidmət orqanlarının ona təzyiq göstərmək üçün dostlarını və tanışlarını dindirməsinə aydınlıq gətirib. Almaz Uulu Kudabek Rusiyanın tammiqyaslı işğalı başlayandan Ukrayna tərəfdə döyüşür.

Kudabek Azərbaycan, Dağıstan, Qazaxıstan, Qırğızıstan və digər Qafqaz ölkələrindən 600-ə yaxın döyüşçünün daxil olduğu yeni türk birləşməsinə rəhbərlik edir. Onları Kremlə nifrət birləşdirir. Qeyd edək ki, Almaz Uulu Kudabek Putini türkdilli xalqların soyqırımında günahkar hesab edir. Hərbçiləri Ukraynanın müdafiəsinə qalxmağa vadar edən səbəblərdən biri də budur. “Turan” cəbhənin ən qaynar sektorlarında – Baxmut yaxınlığında, Xerson və Zaporojye istiqamətlərində döyüşür.

“İndi “Turan” batalyonunda 6 müxtəlif milləti təmsil edən 600-ə yaxın insan var. Bizi ilk növbədə Kreml hakimiyyətinə nifrət, ikincisi isə dil birləşdirir. Qırğız olub-olmamasından asılı olmayaraq bir-birimizi tərcüməçisiz başa düşürük.

Bizə görə kim Kremlin maraqlarını müdafiə edirsə, əlinə silah alıb ukraynalıları öldürməyə gedirsə, avtomatik olaraq öz dinindən əl çəkir. Yəni bizim üçün döyüş meydanında müsəlman yoxdur.

Məxfi xidmətlər hələ də dostlarımı dindirir, məni təslim olmağa razı salmağımı xahiş edirlər. Amma mən axıracan bu yolu getməyə qərar vermişəm”, – deyə batalyon komandiri bildirib.


Oxunma sayı: 661

Oxşar yazılar