İran kəşfiyyatı “terrorçu qrup”un həbs edildiyini AÇIQLADI

  • 13:28 - 25 Yanvar

İranın kəşfiyyat naziri İsmayıl Xətib İsraillə əlaqəsi olduğu iddia edilən  “terrorçu qrup”un 12 üzvün saxlanıldığını açıqlayıb. 

Avropa.info xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb. 

“Saxlanılanların İsraillə əlaqəsi var idi və İslam Respublikasında iğtişaşlar hazırlayırdılar", - deyə Xətib bildirib. 

Xətib deyib ki, “İranın düşmənləri Məhsa Əmininin ölümü ilə bağlı etirazların uğursuzluğu fonunda sabitliyi pozmaq üçün yeni yollar axtarırdılar”. 

İranda etirazlar sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən  22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. Qızın sentyabrın 16-da dünyasını dəyişməsi bütün ölkədə hiddətə səbəb olub. 

Rəsmi strukturlar dekabrın əvvəlində 200-dən çox insanın öldüyünü, xarici hüquq müdafiəçiləri isə dekabrın 27-də 476 etirazçının öldüyü barədə məlumat veriblər. 

Eyni zamanda, İran mediası ölkənin 60-dan çox hüquq-mühafizə orqanı əməkdaşının həlak olması və minlərlə etirazçının saxlanması barədə məlumat yayıb.


Oxunma sayı: 540

Oxşar yazılar