
Venesuela prezidenti Ərdoğanı ölkəsinin "böyük qardaşı" ADLANDIRDI
- 13:25 - 25 Yanvar
Venesuela prezidenti Nikolas Maduro Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəsinin “böyük qardaşı” adlandırıb.
Avropa.info xəbər verir ki, Maduro bunu Türkiyənin ticarət naziri Mehmet Muşun başçılıq etdiyi nümayəndə heyəti ilə Karakasda keçirdiyi görüşdə bildirib.
Danışıqlar çərçivəsində Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) ilə Bolivar Respublikasının Beynəlxalq Sənaye İnvestisiya Mərkəzi (CIIP) arasında da anlaşma memorandumu imzalanıb.
Maduro Türkiyənin ticarət naziri Mehmet Muşla danışıqların son dərəcə məhsuldar keçdiyini bildirib.
Venesuela lideri iki ölkə arasında əlaqələrin inkişafında Türkiyənin Türk Hava Yolları (THY) aviaşirkətinin fəaliyyətinin əhəmiyyətini də vurğulayıb:.
“Türkiyənin tərəqqisini görməkdən hər zaman xoşbəxtik. Bu gün (Türkiyə ilə Venesuela arasında) həftədə 7 uçuş həyata keçirilir. Bu uçuşlar həm də İstanbulu Cənubi Amerika ölkələri ilə birləşdirir”.
Maduro Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Venesuelanın "böyük qardaşı" adlandırıb.
“Türkiyə xalqı bilməlidir ki, biz Ərdoğanı çox sevirik, çünki o, xeyirxah insandır və böyük ürəyi var. Ərdoğan ən çətin illərdə həmişə Venesuelanı dəstəkləyib. O, ölkəmizə sevgi və şəfqət əlini uzatdı. Türk xalqına və Ərdoğana salamlarımı çatdırıram”, - Maduro bildirib.
Maduro həmçinin Venesuela iqtisadiyyatına sərmayə qoyduğuna görə Türkiyəyə təşəkkür edib.