Qırğızıstanda uşaqlara qarşı cinsi təcavüzə görə axtalanma cəzası QƏBUL EDİLDİ

  • 14:09 - 25 Yanvar

Qırğızıstan parlamentində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz cinayəti törədən şəxsin kastrasiya (axtalanma) edilməsini nəzərdə tutan qanun təklifi qəbul edilib. 

Avropa.info xəbər verir ki, ölkə parlamentinin bir neçə komitəsində “cinsi zorakılığa” görə cəzaların artırılmasını nəzərdə tutan Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləyə və Cəza İcrası haqqında qanuna dəyişiklikləri nəzərdə tutan qanun təklifi müzakirə edilib. 

Deputat Ulan Bakasovun hazırlayıb təqdim etdiyi qanun layihəsi parlamentin komitə iclasında qəbul edilib. Ölkənin məhkəmə sistemində cəzaların azaldılması tendensiyası olduğuna diqqət çəkən Bakasov bildirib ki, qanun layihəsində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarın qarşısının alınması üçün cəzaların ağırlaşdırılması nəzərdə tutulur. 

Bakasov uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq (zorlama) törətməkdə təqsirli bilinən məhkumlara verilən cəzanın 20 ilədək artırılmasını və ya ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, psixiatrların nəzarəti altında məhbusun 6 ay əvvəl axtalanmasını təklif edib. 

Təklif parlamentin plenar iclasında müzakirə edildikdən sonra təsdiq olunarsa qanuna çevriləcək.


Oxunma sayı: 1750

Oxşar yazılar