ABŞ-da daha bir "məxfi sənəd" SKANDALI

  • 13:07 - 25 Yanvar

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pensin İndianadakı iqamətgahında dövlət “məxfi sənədləri” tapılıb. 

Avropa.info xəbər verir ki, Pensin vəkili Qreg Ceykob tərəfindən ABŞ Prezidenti Donald Trampın 2017-2021-ci illər dövründə vitse-prezident vəzifəsində çalışmış Pensin İndianadakı evində axtarış zamanı Milli Arxivlər və Qeydlər Administrasiyasının (NARA) rəsmisi Keyt Dillon McClureə yazdığı məktubda bir neçə məxfi sənədin tapıldığını söyləyib. 

Ceykob ABŞ prezidenti Co Baydenin evində və ofisində məxfi sənədlərin aşkarlanmasından sonra yanvarın 16-da Pensin ehtiyat tədbiri olaraq evinə baxış keçirmək üçün vəkil tutduğu barədə məlumat paylaşıb. Vəkilin “həssas və məxfi” ola biləcək məlumatları ehtiva edən az sayda sənəd tapdığını bildirən Yakob, vəkilin bu sənədlərin məzmununa baxmadığını və dərhal Milli Arxivlə əlaqə saxladığını bildirib. 

Vitse-prezidentliyinin son dövründə "məxfi" etiketli sənədlərin "təsadüfən qutulara qoyulmuş" ola biləcəyi və Pensin şəxsi evinə aparıldığı barədə məlumatı paylaşan Ceykob keçmiş vitse-prezidentin bu sənədlərin ABŞ-da varlığından xəbərsiz olduğunu qeyd edib. 

Ceykob Pensin məxfi sənədlərin qorunmasına böyük əhəmiyyət verdiyini və bu kontekstdə Milli Arxivlə əməkdaşlığa açıq olduğunu bildirib.


Oxunma sayı: 2718

Oxşar yazılar