Türkiyədən NATO vetosu alan İsveç geri addım atdı: “Dialoqa qayıtmaq istəyirik”

  • 12:20 - 25 Yanvar

İsveçin baş naziri Ulf Kristersson bəzilərinin İsveçin NATO-ya üzvlüyünün nə qədər ciddi olduğunu anlamadıqlarını və təxribatçıların İsveçin üzvlüyünə mane olmağa çalışdıqlarını deyib. 

Avropa.info xəbər verir ki, İsveçin baş naziri Kristersson, xarici işlər naziri Tobias Billström və müdafiə naziri Pal Jonson Stokholmda birgə mətbuat konfransı keçiriblər. 

İsveçin İkinci Dünya Müharibəsindən sonra ən ciddi təhlükəsizlik probleminin olduğunu bildirən Kristersson, "Bəziləri İsveçin NATO-da iştirakının nə qədər ciddi olduğunu anlamır. Təxribatçılar İsveçin üzvlüyünün qarşısını almağa çalışırlar. Türkiyə ilə işlək dialoqa qayıtmaq istəyirik. Türkiyə öz qərarını verir, buna hörmət etməliyik, bu prosesi sakitləşdirmək istəyirik”. ifadələrini işlədib. 

Finlandiyanın İsveçlə birlikdə NATO-ya üzv olmaq istədiyinə diqqət çəkən Kristersson, "Finlandiya hələ də İsveçlə birlikdə NATO-ya üzv olmaq istəyir. Əgər İsveçin NATO-ya daxil olmasının qarşısı alınarsa, bu, Finlandiyanın NATO-ya təkbaşına üzv olmasının qarşısını alacaq", deyib. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçlə bağlı son açıqlamalarına da toxunan Kristersson, "Ərdoğanın açıqlamasına münasibət bildirməyəcəyəm. Bunu heç kimin "Ərdoğan qapını bağladı" kimi şərh etdiyini düşünmürəm" deyib.  

"28 ölkə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı fərdi qərarlar verib, Türkiyə öz qərarını verir. İsveç Finlandiya ilə Türkiyə arasındakı razılaşmaya əməl etmək üçün bizim üçün işlək dialoq tələb edir və bu, qəribə deyil. Əks halda İsveçin təhlükəsizliyi üçün nəticələri var", - deyə İsveçin NATO-ya üzvlüklə bağlı açıq danışmaq istədiyini vurğulayan Kristersson bildirib.


Oxunma sayı: 2751

Oxşar yazılar