Bağdadda qəzəbli etirazçılar İsveçin Baş Konsulluğuna girməyə cəhd edib - VİDEO

  • 11:53 - 25 Yanvar

İraqın paytaxtı Bağdadda uca Quranın yandırılmasına etiraz edilib. 

Avropa.info xəbər verir ki, böyük bir izdiham İsveçin Bağdaddakı Baş Konsulluğunun binasına daxil olmaq istəyib. 

İsveçdə danimarkalı siyasətçi Puldanın alçaq aksiyasına qarşı reaksiyalar səngimir. 

Türkiyə ilə yanaşı, digər müsəlman ölkələri də İsveç əleyhinə aksiyalar təşkil ediblər. 

İraqın paytaxtı Bağdadda bir araya gələn müsəlmanlar İsveçi də qınayıblar. 

Böyük qrup İsveç Baş Konsulluğunun binasına daxil olmaq istəyib. İraq polisi etirazçılara icazə verməyib. Polislə etirazçılar arasında qısamüddətli toqquşma olub.


Oxunma sayı: 760

Oxşar yazılar