Ukrayna hakimiyyətində kütləvi İSTEFALAR: Bir neçə yüksək vəzifəli məmur bir anda istefa verdi - SİYAHI

  • 22:01 - 24 Yanvar

Ukraynada yanvarın 24-də bir neçə yüksək vəzifəli məmur bir anda istefa verib. 

Avropa.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski öz ofisinin rəhbərinin müavini Kirilo Timoşenkonun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. 

2019-cu ildən bu vəzifədə olan Timoşenko istefa verib. O, bu barədə bir gün əvvəl "Telegram" kanalında məlumat verib. 

Bundan əlavə, müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov yanvarın 24-də istefa verib. Müdafiə naziri Aleksey Reznikov müavininin istefasını qəbul edib. 

Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh olan Şapovalov “ərzaq alınması ilə bağlı ittihamlar fonunda Ukrayna Silahlı Qüvvələrinin stabil təchizatına təhlükə yaratmamaq üçün” istefasını istəyib". 

Aleksey Simonenko Ukrayna baş prokurorunun müavini vəzifəsindən azad edilib. Ukrayna Baş Prokurorluğu öz "Telegram" kanalında bildirib ki, baş prokuror Andriy Kostin artıq müvafiq əmr imzalayıb. 

Simonenko 2022-ci ilin sonunda İspaniyada tətili ilə bağlı məlum olduqdan sonra "ictimai təzyiq fonunda" istefa ərizəsini təqdim edib. 

Prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak öz "Tvitter" hesabında məmurların istefasını şərh edib. 

O vurğulayıb ki, prezidentin kadr qərarları “dövlətin əsas prioritetlərindən” danışır. “Heç kim “gözünü yummur”... hər kəs öz məsuliyyətini dərk etməlidir. Prezident cəmiyyəti görür və eşidir. Və o, birbaşa cəmiyyətin əsas tələbinə - hamı üçün ədalətə cavab verir”, - Podolyak yazıb. 

Yanvarın 24-də Ukraynanın icmaların və ərazilərin inkişafı üzrə iki nazir müavini İvan Lukerya və Vyaçeslav Neqoda da istefa verib.


Oxunma sayı: 2300

Oxşar yazılar