Finlandiyanın XİN rəhbərindən İsveçdə baş verən təxribatla bağlı AÇIQLAMA: "Onların məqsədi Türkiyəni təhrik etməkdir"

  • 18:04 - 24 Yanvar

Finlandiya NATO-ya İsveç olmadan daxil olmağı düşünməlidir. 

Avropa.info xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bu barədə YLE telekanalında bildirib. 

Haavisto Madriddə keçirilən NATO sammiti çərçivəsində iki Skandinaviya ölkəsinin Türkiyə ilə imzaladığı Üçtərəfli Memorandumun icrasını şərh edib. 

Finlandiyanın "İsveçlə eyni sürətlə" ərizəni təsdiqləmə yolu ilə getməsinin mənası varmı sualına Finlandiyanın xarici işlər naziri bildirib ki, Helsinki lazım gələrsə, bu strategiyanı "gözdən keçirməlidir". 

“Əlbəttə, hər iki ölkənin təhlükəsizliyi baxımından bu, şübhəsiz ki, prioritet seçimdir”, - Haavisto bildirib. 

Eyni zamanda, Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri son vaxtlar İsveçdə baş verən təxribat xarakterli hərəkətlərə cavab olaraq Ankaranın reaksiyasına diqqət çəkib. 

“Türkiyə İsveçdə baş verənlərdən şoka düşüb və qəzəblənib, bu da öz növbəsində Ankara ilə danışıqları çətinləşdirir. Bu etirazçılar Finlandiya və İsveçin təhlükəsizliyi ilə oynayırlar. Onların məqsədi Türkiyəni təhrik etmək və ictimai rəyə təsir etməkdir”, - diplomatiya rəhbəri bildirib. 

Onun sözlərinə görə, Finlandiya, İsveç və Türkiyə yazda üçtərəfli görüşün keçirilməsi imkanını müzakirə edirlər.


Oxunma sayı: 3532

Oxşar yazılar