Türkiyədən Niderlanda ETİRAZ: Səfir XİN-ə ÇAĞIRILDI

  • 14:14 - 24 Yanvar

Türkiyə Xarici İşlər Nazirliyi yanvarın 22-də ultrasağ radikalın müsəlmanlar üçün müqəddəs kitab olan Qurani-Kərimin vərəqlərini açıq şəkildə cırdığı Haaqadakı anti-islam təxribatını kəskin şəkildə pisləyib. 

Avropa.info xəbər verir ki, nazirlik İsveçdə baş verən oxşar cinayətdən qısa müddət sonra Hollandiyada alçaq dini nifrət cinayətinin baş verdiyinə diqqət çəkib. 

“Bütün bunlar açıq şəkildə sübut edir ki, müasir Avropada islamofobiya, ksenofobiya və separatizm təzahürlərinin sərhədləri yoxdur. Müsəlmanlara qarşı hücumlar təkcə İslama qarşı deyil, həm də bütün bəşəriyyətin hüquq və azadlıqlarına qarşı yönəlib, tolerantlığa, hər bir insanın mənəvi dəyərlərinə yönəlib. Bu cür hərəkətlər dinc yanaşı yaşamaq mədəniyyətinə zərbə vurur”, - məlumatda vurğulanır. 

Nazirlik bildirib ki, Niderlandın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və orada sərt etiraz və qınaq onun diqqətinə çatdırılıb. Ankara Niderlandda bu cür təxribatların qarşısının alınmasını tələb edib. 

“Biz Niderland hakimiyyətinin təxribatda iştirak edən şəxsi məsuliyyətə cəlb etmələrini və gələcəkdə bu cür cinayətlərin qarşısını almaq üçün konkret addımlar atmasını gözləyirik”, - deyə bəyanatda bildirilir.


Oxunma sayı: 936

Oxşar yazılar