Əli Vəliyev Şəfiqə Məmmədovaya etiraz olaraq vəzifəsindən ayrıldı - FOTO

  • 22:31 - 24 Yanvar

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev işindən ayrılıb.

Avropa.info manset.az-a istinadən xəbər verir ki, bu barədə Əli Vəliyev özü bildirib.

Onun sözlərinə görə, o, ARKİ-də bir müddət əvvəl baş tutmuş qanunsuz seçkilərə etiraz əlamət olaraq ərizə yazaraq vəzifəsini tərk edib.

Xatırladaq ki, ötən ilin sonlarında ARKİ sədri Şəfiqə Məmmədovanın yenidən bu vəzifəyə seçilməsi müzakirələrə səbəb olmuşdu. İddialara görə, Ş. Məmmədova ARKİ üzvlərinin iştirakı olmadan seçkilər keçirib, özünü sədr elan edib.

Qeyd edək ki, Ə. Vəliyev 2016-cı ildən bu vəzifədə çalışırdı. Bundan əvvəl isə o ATV telekanalında "Səni axtarıram" proqramında icraçı prodüser-redaktor, xəbərlər xidmətinin baş prodüseri, "Eurovision", "Bakı2015" layihələrinin redaktoru və baş prodüseri vəzifələrində çalışıb.


Oxunma sayı: 870

Oxşar yazılar