Leyla Abdullayevadan Ermənistana çağırış - FOTO

  • 17:34 - 24 Yanvar

“Avropa İttifaqının Ermənistana missiya göndərməsi Ermənistanın öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalıdır”.

Avropa.info xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tvitter hesabında yazıb.

“Bu məsələdən sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq üçün istifadə edilməməlidir”, - deyə o, əlavə edib.

Qeyd edək ki, Avropa İttifaqı dünən Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanı göndərməyə razılıq verib.


Oxunma sayı: 2784

Oxşar yazılar