Zelenski müharibənin şiddətinin artacağının siqnalını verdi - Dövlət məmurlarının xüsusi icazə olmadan xaricə getməsi QADAĞAN EDİLDİ

  • 13:07 - 24 Yanvar

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı müharibədə qələbə qazanmaq üçün əllərində olan bütün imkanları birləşdirəcəklərini və Rusiyanın öz qüvvələrini topladığını bildirib. 

Avropa.info xəbər verir ki, Zelenski gecə paylaşdığı videomüraciətində Rusiya-Ukrayna müharibəsində son dövrlərdə olduğu kimi ən şiddətli qarşıdurmaların Donbas bölgəsində davam etdiyini bildirib. 

Rusiya qüvvələrinin onların hücumlarına cavab verməyə davam etdiyini deyən Zelenski qeyd edib ki, əsas əməliyyat bölgələrində, xüsusilə Donbasda şiddətli toqquşmalar davam edir: "Donbas üçün müharibə davam edir. Cənub üçün müharibə davam edir". 

Rusiya ordusunun hərəkətləri ilə bağlı lazımi məlumata sahib olduqlarını qeyd edən Zelenski, “Rusiyanın hansı qüvvələri topladığını görürük və necə cavab verəcəyimizi bilirik” deyib. 

Yanvarın 24-də Rusiyanın ölkəsində başladığı müharibənin 335-ci günündə, yəni 11-ci ayın başa çatacağını xatırladan Zelenski, “Biz bütün gücümüzü bir şey üçün, Ukraynanın qələbəsi üçün, müharibə üçün birləşdirəcəyik”, deyib. 

Zelenski bəyan edib ki, Ukraynada dövlət qulluqçuları müharibə zamanı xarici səfərlərlə bağlı yeni qərar imzalayıblar. 

Zelenski çıxışında bildirib ki, yeni qərara əsasən, bundan sonra dövlət qulluqçusunun rəsmi icazə olmadan xaricə getməsi mümkün olmayacaq. 

Mərkəzi hökumətə tabe olan qurum və nazirliklərdə müəyyən kadr dəyişiklikləri ediləcəyini deyən Zelenski, bu gün 22 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq etdiklərini də bildirib.


Oxunma sayı: 1618

Oxşar yazılar