Stokholmda Qurani-Kərimin yandırılması ilə bağlı Nyu-Yorkda etiraz aksiyası keçirilib

  • 12:51 - 24 Yanvar

Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında təxribat xarakterli aksiya zamanı Qurani-Kərimin yandırılması ilə bağlı Nyu-Yorkda etiraz aksiyası keçirilib. 

Avropa.info xəbər verir ki, aksiya Nyu-York türk icması tərəfindən İsveç Baş Konsulluğu qarşısında təşkil olunub. 

Aksiyada Nyu Yorkda yaşayan digər müsəlman icmaları da iştirak edib. Nyu Yorkdakı Türk Evi qarşısında başlayan aksiya daha sonra İsveç Baş Konsulluğu binasına doğru yürüş edib. 

Nümayişçilər şüarlar səsləndirərək, İsveç hakimiyyətini nifrət cinayətlərinə və islamofobiyaya qarşı daha həssas olmağa çağırıblar. 

Aksiya iştirakçıları yerli sakinlərə bukletlər və qərənfillər paylayıblar. 

Yanvarın 21-də Danimarkanın sağçı ekstremist "Hard Course" partiyasının lideri Rasmus Paluda Türkiyənin Stokholmdakı səfirliyinin divarları qarşısında anti-islam təxribatı həyata keçirib. Paluda müsəlmanlar üçün müqəddəs kitab olan Quranı açıq şəkildə yandırıb. 

Aksiya İsveç hakimiyyəti tərəfindən sanksiyalaşdırılıb, sağçı ekstremistin təhlükəsizliyi isə yerli polis tərəfindən təmin edilib. 

Stokholm Təhlükəsizlik Departamenti şənbə günü heç kimin icazə verilmədiyi Danimarka radikalının anti-İslam hiyləsi üçün icazənin verildiyini elan etdi. 

İsveçli jurnalist Çank Frik daha əvvəl Türkiyə diplomatik missiyasının divarları yaxınlığında anti-İslam aksiyası keçirmək üçün bütün maliyyə xərclərini ödəyəcəyini bildirərək, onun hərəkətlərini “hadisələri işıqlandırmaq hüququ” adlandırıb.


Oxunma sayı: 2135

Oxşar yazılar