Milli Təhlükəsizlik Şurası Ərdoğanın sədrliyi ilə TOPLANIR: Gündəliyin mühüm məsələləri

  • 12:36 - 24 Yanvar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının 2023-cü ildə ilk iclası yanvarın 25-i çərşənbə günü keçiriləcək. 

Avropa.info xəbər verir ki, Ankarada Prezident Kompleksində keçirilən görüş iştirakçılarının müzakirələrinin gündəliyinə regional və milli təhlükəsizliklə bağlı strateji məsələlər daxildir. 

İraqın şimalında və Suriyada həyata keçirilən əməliyyatlar da daxil olmaqla, terrorla mübarizə mövzusuna xüsusi diqqət yetiriləcək. “Pençe” kod adlı antiterror əməliyyatları ilə bağlı ətraflı fikir mübadiləsi aparılacaq. 

Bundan əlavə, terrorçuların Suriya ərazisindən Oncupınar sərhəd-keçid məntəqəsini atəşə tutması məsələsinə, həmçinin son 12 ildə ilk dəfə Dəməşqlə başlayan dialoqun gedişinə toxunulacaq. 

Gündəliyin digər mühüm məsələsi beynəlxalq müqavilələrə əsasən “hərbisizləşdirilmiş zona” sayılan adalarda qanunsuz silah yerləşdirən Yunanıstanın təxribat xarakterli hərəkətləri olacaq. Egey və Şərqi Aralıq dənizində, o cümlədən Kiprdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq. 

Ukrayna mövzusu, o cümlədən “taxıl dəhlizi” də müzakirə olunacaq. Görüş iştirakçıları Ankaranın sülhməramlı vasitəçilik təşəbbüslərini, habelə humanitar yardımın çatdırılması və Ukraynada uzunmüddətli atəşkəsə nail olunması məsələlərini müzakirə edəcəklər. 

Ayrı-ayrılıqda son vaxtlar prezident Rəcəb Tayyib Ərdoğana və Qurani-Kərimə qarşı təxribatların baş verdiyi İsveçdəki vəziyyətə də toxunulacaq. Bu təxribatlar fonunda İsveç və Finlandiyanın NATO-ya müraciətləri ilə bağlı fikir mübadiləsi aparılacaq.


Oxunma sayı: 3741

Oxşar yazılar