KİV: Ukrayna prezidentinin aparat rəhbərinin müavini istefa ərizəsi yazdı

  • 09:47 - 24 Yanvar

Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko istefa ərizəsi yazıb. 

Avropa.info xəbər verir ki, bu barədə bazar ertəsi “Ukrainskaya pravda” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, onlar Timoşenkonun əvəzinə bu vəzifəyə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksey Kulebanı təyin etməyi planlaşdırırlar. 

Bundan əlavə, Sumı, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri istefa verəcəklər. 

Həmçinin Timoşenko ilə əlaqəsi olan Regional Dövlət Administrasiyasının bir neçə rəhbərinin işdən çıxarıla biləcəyi bildirilib.


Oxunma sayı: 2476

Oxşar yazılar