Avropa Parlamentindəki korrupsiya qalmaqalı Polşaya SIÇRADI

  • 14:33 - 24 Yanvar

Avropa Parlamentində (AP) korrupsiya və çirkli pulların yuyulması qalmaqalı ilə bağlı davam edən təhqiqat Polşaya da şamil edilib. İstintaq çərçivəsində Belçika prokurorlarının nəzarətində olan 60 nəfərlik siyahıya Hüquq və Ədalət Partiyasından (PİS) 2 deputatın daxil olduğu açıqlanıb. 

Mətbuat tərəfindən "Qatargate" kimi tanınan Avropa Parlamentində (AP) korrupsiya və çirkli pulların yuyulması qalmaqalı ilə bağlı araşdırmalar davam edərkən, Belçika prokurorları hakim Hüquq və Ədalət Partiyasından (PiS) 2 deputatı 60 nəfərlik siyahıya daxil edib. 

Avropa.info xəbər verir ki, Polşa mediası sözügedən deputatların PiS kvotasında AP-də olan Tomas Poreba və Ryszard Czarnecki olduğunu bildirib. 

2016-cı ilin oktyabrında Qətərin Brüsseldəki səfiri və Avropa İttifaqındakı missiyanın rəhbəri Əli bin Casim Əl-Tani ilə görüşdüyü ortaya çıxan Porebanın sözlərinə görə, sözügedən görüşün AP-nin Polşa nümayəndə heyəti ilə əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin Qətər və Avropa Mühafizəkarlar və İslahatçılar Partiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə baş tutub.

Görüşün nəzakətli bir görüş olduğunu və görüşlə bağlı məlumatın internet saytından tapıla biləcəyini bildirən Poreba Avropa Parlamentində deputat olduğu müddətdə Qətər, Mərakeş və Mavrikiyaya gedən heç bir heyətdə iştirak etmədiyini bildirdi. Poreba qeyd edib ki, o, 2022-ci il dünya çempionatı dövründə Qətərdə cəmi bir dəfə olub. 

Belçikalı prokurorlar siyahısında adı keçən başqa bir Avropa Parlamenti deputatı Çarneçkinin Qətərin paytaxtı Dohada keçirilən Doha Forumuna  bir neçə dəfə qatıldığına diqqət çəkən Polşa mediası Çarneçkinin məqsədləri və Qətərə neçə dəfə getdiyi ilə bağlı sualları cavablandırmayıb. 

Digər tərəfdən, Polşanın baş naziri Mateusz Moraviecki də daxil olmaqla, iqtidar partiyasının üzvləri Avropa İttifaqının (Aİ) Polşanın vəsaitlərini "hüququn aliliyini pozduğu" əsasıyla blokada etməsinin ideoloji olduğunu bildirib. Avropa Parlamentində rüşvət qalmaqalından sonra Aİ və Avropa siyasəti alovlanıb. O, parlamentinin Polşaya qanunun aliliyi dərsi verə bilməyəcəyini bildirib. 

Polşa mətbuatı rüşvət istintaqında hakim partiya PiS kvotasından seçilmiş iki Avropa Parlamenti deputatının adının hallanmasının Polşa hökumətini çətin vəziyyətə sala biləcəyini bildirib.


Oxunma sayı: 2201

Oxşar yazılar