Ərdoğanın İsveçin NATO-ya üzvlüyünə veto qərarı Qərb mətbuatında əks-səda doğurdu - FOTO

  • 09:30 - 24 Yanvar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında terror təşkilatlarına qucaq açan, Quranın yandırılması təxribatına yol verən İsveçə NATO ilə bağlı çox sərt reaksiya verib. 

“Rəbbimizin himayəsi altında olan Quran bir səlibçinin qalıqlarının nüsxəsini yandırmasından heç vaxt zərər görməz”. Ərdoğan “Belə biabırçılığa yol verənlər NATO-ya müraciət edərkən bizdən dəstək gözləməsinlər” deyib. O, açıqlamaları ilə NATO-ya üzv olmaq istəyinə “rədd” siqnalı verib. 

Yuxarıda qeyd olunan bəyanatlar Qərb mediasında da geniş işıqlandırılıb.

Avropa.info xəbər verir ki, hadisələrdən sonra Fransa mərkəzli "France 24" qalmaqallı material yayımlayıb. 

Stokholmdakı Türkiyə səfirliyi qarşısında Qurani-Kərimin polisin himayəsi altında yandırılmasından sonra Ərdoğanın İsveçə NATO qapılarını bağlaması ilə bağlı xəbər verən kanal bu ifadələri işlədib: 

“Ərdoğanın qəzəbli şərhləri may ayında Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində İsveç və Finlandiyanın Qərb müdafiə alyansına qoşulma ehtimalını daha da pozdu". 

Qalmaqallarla dolu xəbərlərdə Avropadakı PKK/YPG terror təşkilatı üzvləri “kürd qrupları” kimi bəraət almağa çalışıb. "France 24" əlavə olaraq Türkiyə və Macarıstanı Rusiyayönlü NATO üzvü elan edib. 

Episentri İngiltərənin paytaxtı Londonda olan "Reuters" xəbər agentliyi "Ərdoğan İsveçə: Stokholm etirazından sonra Türkiyənin NATO-ya müraciəti üçün dəstəyini gözləməyin" başlığı ilə xəbər verib. 

“Ərdoğan bazar ertəsi bildirib ki, həftə sonu Stokholmdakı Türkiyə səfirliyi qarşısında keçirilən etiraz aksiyalarından, o cümlədən Quranın yandırılmasından sonra İsveç Türkiyənin NATO üzvlüyünə dəstəyini gözləməməlidir”, - deyə xəbərdə bildirilir. 

ABŞ mərkəzli "Bloomberg" də Ərdoğanın İsveçə verdiyi NATO vetosunu gündəmə gətirib. 

Ərdoğan: “İsveç NATO-da Türkiyənin dəstəyini gözləməməlidir” başlıqlı xəbərdə 

"Prezident Rəcəb Tayyib Ərdoğan bazar ertəsi İsveçin paytaxtı Stokholmda İslamın müqəddəs kitabının yandırılmasına qəzəbləndiyini bildirib və Türkiyənin Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olmaq cəhdini dəstəkləməyəcəyini deyib". 

İtaliyada yayımlanan ANSA MED xəbər saytı Ərdoğan: “İslama hörmət etmədikdə İsveç NATO-da olmaz” başlığını işlədib. 

Mövzu ilə bağlı xəbərlərdə Ərdoğanın “Heç kimin müsəlmanların inancını təhqir etmək azadlığı yoxdur” sözlərinə diqqət çəkilib. 

Nyu-Yorkda yerləşən ABC News xəbəri bu açıqlamalarla oxucularına təqdim edib: “Türkiyə prezidenti Ərdoğan İslam əleyhinə etirazlardan sonra İsveçin NATO-ya üzv olmaq üçün Ankaradan dəstək gözləməməsi lazım olduğunu söylədi". 

ABŞ-da yerləşən başqa bir media qurumu olan "Associated Press" "Türkiyə prezidenti İsveçin NATO-ya üzvlük iddiasını dəstəkləmədiyini söylədi" sözləri ilə manşetlərə yer verib.


Oxunma sayı: 1959

Oxşar yazılar