Türkiyədən İsveç QƏRARI: Ərdoğan televiziya çıxışında AÇIQLADI

  • 08:37 - 24 Yanvar

Bu ölkənin hakimiyyət orqanları tərəfindən Stokholmda Türkiyə əleyhinə aksiyalar keçirmək və Quran yandırmaq icazəsi verildikdən sonra İsveçin Ankaradan NATO-ya üzv olmaq ərizəsinə dəstək verməsini gözləmək lazım deyil. 

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra televiziya ilə çıxışında deyib. 

“Türkiyənin Stokholmdakı səfirliyi qarşısında belə biabırçılığın edilməsinə icazə verənlər NATO-ya üzvlüklə bağlı müraciətlərində bizdən heç bir xeyir gözləməməlidirlər. İsveç Türkiyəyə, eləcə də müsəlmanların dini hisslərinə hörmət etməsə, NATO-ya üzvlüklə bağlı bizdən heç bir dəstək görməyəcək”, - Türkiyə lideri bildirib. 

Onun sözlərinə görə, “İsveçdə törədilən iyrənc əməl fundamental insan hüquq və azadlıqlarına, o cümlədən müsəlmanların hüquq və azadlıqlarına hörmət edən hər kəsə təhqirdir”. 

"İsveç terror təşkilatının üzvlərinə və İslam düşmənlərinə bu qədər dəstək verirsə, biz ona məsləhət görürük ki, ölkəsinin müdafiəsini onlara həvalə etsin", - Türkiyə dövlət başçısı bildirib. 

Xatırladaq ki, yanvarın 21-də Danimarkanın sağçı ekstremist Hard Deal partiyasının lideri Rasmus Paluda Türkiyənin Stokholmdakı səfirliyinin divarları qarşısında anti-islam təxribatı həyata keçirib. Radikal müsəlmanlar üçün müqəddəs kitab olan Quranı açıq şəkildə yandırıb. 

İsveç hakimiyyətinin hərəkətlərinə cavab olaraq Ankara İsveçin müdafiə naziri Pal Consonun Türkiyəyə gözlənilən səfərini ləğv edib. 

İsveçin Ankaradakı səfiri Staffan Hörström Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin yandırılması ilə bağlı aksiya keçirmək üçün İsveç hakimiyyətinin icazə verməsi ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt etiraz edilib. 

Ölkə hökuməti ilə yanaşı, İsveçdə Quranın yandırılmasını və Türkiyənin aparıcı müxalifət partiyaları da qınayıb. 

İsveç hakimiyyətinin Qurana hörmətsizlik aktının həyata keçirilməsinə icazə verməsi bir çox İslam ölkələrinin kəskin mənfi reaksiyasına səbəb olub.


Oxunma sayı: 2157

Oxşar yazılar