Azərbaycan hər zaman Türkiyənin çətin zamanlarında yanında olub - Cahit Bağcı

  • 18:46 - 23 Yanvar

Azərbaycan hər zaman Türkiyənin çətin zamanlarında yanında olub.

Avropa.info Trend-ə istinadən bildirir ki, bunu bu gün Türkiyə səfiri Cahit Bağcı Qərbi Azərbaycan İcmasında görüş zamanı deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan tarixin hər dönəmində birlikdə olublar.

"Azərbaycanlı qardaşlarımız Osmanlı əsgərlərini öz qardaşı olaraq görüb. Türkiyə-Azərbaycan münasibətləri "kədəri kədərimiz, sevinci sevincimizdir" anlayışı ilə bu günlərə çatıb.

Ən böyük sevinci isə 44 günlük Vətən müharibəsində yaşadıq. Azərbaycanın haqlı mübarizəsində Türkiyə bütün gücü ilə Azərbaycanın yanında oldu.

Regionda sülhün bərpa olunmasına inanırıq. Bu istiqamətdə görüləcək çox işlərimiz var", - deyə səfir bildirib.


Oxunma sayı: 650

Oxşar yazılar