Avropa Şurasının rəhbərindən mühüm AÇIQLAMA: Ukraynada növbəti iki-üç həftə həlledici olacaq

  • 12:39 - 23 Yanvar

Növbəti iki-üç həftə Ukrayna ətrafında hadisələrin gələcək inkişafını müəyyən edəcək. 

Avropa.info xəbər verir ki, bu fikri Avropa Şurasının rəhbəri Şarl Mişel bazar ertəsi İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində bildirib. 

"Növbəti həftələr, iki və ya üç həftə müharibə və sülh üçün həlledicidir. 2023-cü ildə baş verənlər və qarşıdakı həftələrdən çox şey asılıdır, gələcəyimizi müəyyən edəcək", - deyə Mişel bildirib. 

Bununla bağlı Avropa Şurasının rəhbəri Ukraynanı dəstəkləməyə və Kiyevə lazımi yardımı göstərməyə davam etməyə çağırıb.


Oxunma sayı: 2322

Oxşar yazılar