Bakıda nişanlı qız məktubla bu sözləri yazıb özünü eyvandan atdı

  • 17:29 - 16 Yanvar

Qaradağ rayonu, Lökbatan qəsəbəsi "Qobu Park-1" yaşayış massivində intihar hadisəsi qeydə alınıb.

Avropa.info oxu.az-a istinadən bildirir ki, Cəbrayıl rayon sakini olan Qabilli Samidə Habil qızı yaşadığı mənzilin eyvanından özünü ataraq intihar edib.

Əldə edilən məlumata görə, Samidə Qabillinin meyitinə baxış keçirilərkən üzərindən məktub aşkarlanıb.

Məktubda isə ölümündə heç kimin günahının olmadığı, atasının itkisinə dözməyərək intihar etdiyi öz əksini tapıb.

Həmçinin intihar edən şəxsin nişanlı olduğu, yaxın günlərdə toyu olacağı da bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.


Oxunma sayı: 4896

Oxşar yazılar