Gədəbəydə qanunsuz saxlanılan ov silahları müsadirə edilib - FOTO

  • 14:36 - 15 Yanvar

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, keçirilən müvafiq tədbirləri nəticəsində rayonun Soyuqbulaq kənd sakini Elvin Hüseynovdan 1 ədəd 12 kalibrli qoşa lülə ov tüfəngi, 12 ədəd patron, Turşsu kənd sakini Azər Abbasovdan “İJ” markalı, 16 kalibrli ov tüfəngi, Çiçəkli kənd sakinləri Natif Quliyevdən “BUM” markalı ov tüfəngi və 49 ədəd patron, Mürsəl Tapdıqovdan 16 kalibrli, “İJ” markalı ov tüfəngi və Nağılar kənd sakini Ələkbər Əhmədovdan “TOZ” markalı ov tüfəngi və 4 ədəd patron aşkar edilərək götürülüb.

Aşkar edilən müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

 


Oxunma sayı: 5710

Oxşar yazılar