2006-cı ildən bəri BTC ilə 4 milyard bareldən çox neft vurulub

  • 15:08 - 11 Yanvar

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istismara veriləndən indiyədək onun vasitəsilə 4 milyard 232 min 552 barel Xəzər nefti vurulub. 

Avropa.info xəbər verir ki, bu barədə BOTAŞ dövlət şirkətinin törəmə şirkəti - International Limited Company (BOTAŞ BIL) məlumat yayıb. 

Məlumata görə, 2006-cı ilin iyunundan 2022-ci il dekabrın 31-dək Ceyhandakı dəniz terminalı vasitəsilə 5250 tanker neftlə dünya bazarına çıxarılıb. 

2006-cı ilin iyun ayından BTC-nin Türkiyə bölməsi BOTAŞ International Ltd (BIL) tərəfindən idarə olunur. 

Ceyhandan ixrac edilən xam neftin tankerlərlə daşınması göstəriciləri ildən-ilə artır. 

2006-cı ildə BTC kəməri ilə 57 milyon 78 min 386 barel neft vurulub, 2009-cu ildə isə ən çox ixrac həcmi - 287 milyon 607 min 830 barel azalıb. 

2021-ci ildə bu həcm 200 milyon 467 min 463 barel, 2022-ci ildə isə 305 tankerlə BTC ilə 224 milyon 388 min 520 barel neft göndərilib. 

Keçən il terminaldan ən böyük neft həcmi noyabrda göndərilib və 21 milyon 148 min 652 barel, ən kiçik həcm isə fevralda (13 milyon 581 min 125 barel) olub. 

BOTAŞ İnternational baş direktoru Nadim Ekiz "Anadolu" agentliyinə bildirib ki, Enerji və Təbii Sərvətlər Nazirliyinin tərkibində olan qurum 17 ildir ki, Türkiyənin enerji siyasətində çox ciddi bir vəzifə yerinə yetirir. 

Nadim Ekiz vurğulayıb ki, 2006-cı ildən Xəzər dənizindən hasil edilən nefti dünya bazarına təhlükəsiz şəkildə çatdıran BOTAŞ İnternational da ölkə iqtisadiyyatına mühüm töhfə verir. 

Biz fəxr edirik ki, 2006-cı il iyunun 2-dən indiyədək 5250 tankerlə 4232552 barel xam neft dünya bazarlarına çıxarılıb, deyə şirkətin baş direktoru bildirib. 


Oxunma sayı: 6634

Oxşar yazılar