Azərbaycanlı Avropada 2 nəfəri baltaladı

  • 22:31 - 10 Yanvar

Almaniyanın Deltmol şəhərində 36 yaşlı Azərbaycan vətəndaşının məhkəməsi başlayıb.

Avropa.info lent.az-a istinadən xəbər verir ki, o, qətldə və zorlamada ittiham olunur.

Məhkəmənin gedişində o, qətl törətdiyini etiraf etsə də, zorlama ilə əlaqəsi olmadığını bildirib. Məhkəmə sübut edib ki, qatil hadisəni qısqanclıq zəminində törədib.

Məlum olub ki, sevgilisi onunla ayrıldıqdan sonra başqası ilə münasibət qurub. Bu isə qatilin xoşuna gəlməyib. Məhkəmə Azərbaycan vətəndaşının Ukraynada da qətl törətdiyini sübut edib. O, hər iki halda qurbanlarını balta ilə öldürüb.


Oxunma sayı: 5996

Oxşar yazılar